“Wikileaks”in qurucusu Julian Assanc (Julian Assange) 6 aydır sığındığı Ekvadorun London səfirliyində bir açıqlama verib.
Səfirliyin balkonundan tərəfdarlarına yeni il mesajını oxumuş Assanc, 2013-cü ildə bütün dünyanı maraqlandıran bir milyon gizli sənədi açıqlayacağını bildirib:
“Altı ay əvvəl bu binaya sığınmağımla bura mənim həm evim, həm də ofisim oldu. Sizin dəstəyiniz sayəsində qəbul edildim və bütün dünyada “Wikileaks”i dəstəkləyən insanların səyinə görə minnətdaram. İşlərimiz demokratiyada olması lazım olan mətbuat və ifadə azadlığı kimi təməl elementlərə söykənir”
Avstraliya vətəndaşı olan 41 yaşındakı Assanc, Ekvador tərəfindən siyasi sığınacaq tələbi qəbul edilməsinə baxmayaraq həbs olunacağı səbəbindən səfirlik binasını tərk edə bilmir.
Səfirlik binası qarşısında toplanmış nümayişçilər “Assanca azadlıq” yazılmışlövhələridaşıyıblar.
İngiltərə Assancın təcavüzdə günahlandırıldığı İsveçə qaytarmasına qərar vermişdi. Ancaq Assanc ABŞ-a təslim ediləcəyini iddia edərək qərara qarşı çıxır.
© Marja