2018-ci ilin yanvar ayında “AtaSığorta” ASC öz müştərilərinə yeni məhsul təqdim edib.
ASC-dən verilən məlumata görə, “Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir.
Sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.
Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq.
Sığorta təminatına aşağıdakı risklər daxildir:
avtonəqliyyat hadisəsi;
atılmış və ya düşmüş əşya;
üçüncü şəxsin qanunazidd hərəkəti;
oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;
yanğın və partlayış;
təbii fəlakət;
heyvanların hərəkəti.
Məhsulun xüsusi şərtləri:
Yalnız fiziki şəxslərə təqdim olunur;
Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxslər sığorta olunan hesab edilir;
İstehsalı ili 2000 ildən yuxarı olan və bazar dəyəri 10 000 AZN-dən 60 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
trend.az