Günün qoroskopu
25.12.2012

Qoç - aktiv, dinamik gündür. Fəal olun, günü boş-boşuna keçirməyin, imkanlardan yararlanın. Dostlarla ünsiyyət pis olmaz. Qəfil xəbər, dost və tanışlardan sürpriz, dəvət və hədiyyə istisna deyil.

İşlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Əvvəl başladığınız işi başa vurun, mövqeyinizi möhkəmləndirin.

Günün ikinci yarısı rəqabət möhkəmlənəcək. Bilik və bacarığınızı göstərin, üstünlüyünüzü nümayiş etdirin. Eyni zamanda, yaxın ətrafınızdakı insanlara təzyiq etmədən onları problemin ümumi həllinə cəlb edin.

Kollektiv yaradıcılıq məsləhətdir.

Buğa - təcili işi bitirmək üçün bəzi planlarınızdan imtina etməli olacaqsınız. Bütün borclarınızı ödəməyə və qaytarmağa çalışın. İş yerini və işlərinizi qaydaya salın.

Maliyyə durumu və maddi perspektivlərlə bağlı imkanlar sizi əlavə işlər görməyə, daha çox çalışmağa vadar edəcək.

Faydalı işgüzar tanışlıqlara nail olmaq, yeni təmaslar qurmaq və köhnə əlaqələri bərpa etmək üçün uğurlu gündür.

Şəxsi münasibətlərdə yaxınlarınız və sevdiyiniz insanın qayğısına qalın, güzəştlərə getməyə hazır olun. İmicinizi normal hala gətirin.

Axşam saatları ilə bağlı möhtəşəm planlar qurmayın. İstirahət və ya iş üçün sakit yer seçin. Səs-küylü, şən məclis başağrısından savayı heç nə verməyəcək.

Əkizlər - əsas işləri günün ilk yarısında başa vurmağa çalışın. Ay Merkuri ilə harmonik düzəndə olduğu üçün, ələ düşən imkanları fövtə verməyin. Planlaşdırdığınız işi mütləq görün, yarımçıq nəticə ilə kifayətlənmyin.

İnformasiya axtarmaq və məlumatlarla iş, görüş, yazışma üçün əlverişli gündür.
Fəaliyyətinizi tərəfdaş və ya iş yoldaşınızla razılaşdırın, təcili həll tələb edən məsələləri diqqətdən yayındırmayın.

Cəsarətli olun – bu gün uğur sizinlədir.
Alış-verişdən çəkinməyin, daha yaxşı görünmək üçün səy göstərin.

Evdə ailə üzvləri ilə məsləhətləşmə və ya müzakirə aparmaq olar. Hamı üçün xoş plan, perspektivləri nəzərdən keçirin.

Axşam saatlarında dostları qonaq çağıra bilərsiniz.

Xərçəng – bu gün sizin üçün önəmli olan bütün istiqamətlərdə qətiyyətli addımlar atın. Yaranmış situasiya və yaşanan problemin dəqiq müəyyənləşdirilməsi, habelə təkliflərinizin keyfiyyətli şəkildə əsaslandırılması mövqelərini möhkəmləndirəcək.

İşdə rəhbərlik bunu görəcək. Öhdəlik və vədlərinizi pozmamağa çalışın.

Kollektivdə ciddi məsələləri müzakirə etmək olar. Poçtunuzu yoxlayın, gərəkli zəngləri edin.

Dost və ya tanışlardan birindən maraqlı təklif, ya da təbrik gələ bilər.
Axşam saatları aktiv istirahət və idman üçün əlverişlidir.

Şir – bu gün istəklərinizlə davranışınızın spontan təzahürlərində özünüzü məhdudlaşdırmayın.
Görüşlər, iclas, toplantı, yazışma və ya qısa səfər qarşınızda yeni perspektivlər yaradaraq xoş təəssüratlara səbəb ola bilər. Belə gündə səhvləri aradan qaldıraraq problemləri çözün.

Tənbəl olmayın, hər şeyi qaydaya salın. İnternet bu gün sizə yeni tanışlıq vəd edir.

Gün ərzində təcrübəli insanların məsləhətlərini qulaqdına vurmayın.
Axşam saatlarını aktiv keçirin. Evdə fiziki iş görmək olar.

Qız - bu gün baş verəcək hadisələr çox önəmlidir. İş qrafikinizi bir qədər də sıxlaşdırın.
Səhər saatlarından başlayaraq poçtunuzu yoxlayın, gərəkli zəngləri edin, son vaxtlar ağlınıza gələn ideyaları tərəfdaşlarınız və iş yoldaşlarınızla müzakirə edin.

Yaxın ətrafınızdakı insanlardan məsləhət və ya tövsiyə ala bilərsiniz.
Müqavilə və anlaşmalar, hüquqi məsələlərin həlli üçün əlverişli gündür.
Alış-veriş üçün ən münasib günlərdən biridir.

Bayram yaxınlaşır, zahiri görünüşünüzün qeydinə qalın. Ailədə hədiyyələri bol edin, xoş sözlərə qənaət etməyin.

Tərəzi - günün ilk yarısı yenilik və ya dəyişiklik, mühüm məsələlərin müzakirəsini gözlədiyiniz önəmli tədbir üçün əlverişlidir.

Gün boyu fəal olun, çox söhbət etməyin.
Danışıqlar, materialların sistemləşdirilməsi, görüləcək işlərin nizama salınması üçün əlverişli gündür.
Yaradıcı ideyalar və planlarınızı həmfikirlərinizlə bölüşə bilərsiniz.

İşgüzar və şəxsti həyatdakı təmaslar yeni səviyyəyə yüksələ bilər.
Valideynlər uşaqlarla daha çox vaxt keçirməli, onlarla faydalı, yeni və maraqlı işlə məşğul olmalıdır.

Əqrəb - yaxın vaxtlarda başa vurmalı olduğunuz işlər varsa, bu gün aktiv olun. İşdə və evdə sizdən tələb olunanları yerinə yetirin.

Sərfəli şansı görmək və ondan istifadə etmək çox mühüm məsələdir.
Görüş, zəng, məktub yazılması, habelə çoxdan nəzərdə tutulan əşyanın alınması bu günün gündəmindəki məsələlərdir.

Gərəkli informasiya, əlaqələr, dostlar, sizə yardım etmək istəyən insanlar var. Ünsiyyət dairəsini genişləndirin. Heç bir halda axına düşməyin, kütlənin bir parçası olmayın.

İndi ümumi maraqlarınız olan insana bundan sonra da bel bağlaya bilərsiniz.
Günün ikinci yarısı bir qədər passiv olacaq.

Axşam saatlarında istirahət edin.

Oxatan - yaradıcılıq enerjisi yaşanan olaylara praktik yanaşma ilə müşayiət olunarsa, yaxşı nəticələr verə bilər. Daxili rahatlıq və pozitiv nəticələr əhvalınızı yaxşılaşdıracaq.
Yeni məlumatlarla xəbərlər fərqli maraq və ya fəaliyyət müstəvisinin carçıları sayıla bilər.

Alış-veriş edin, sizə maraqlı olan və ya faydalı ola biləcək insanlarla görüşün.

Şəxsi həyatda yenilik və ya dəyişiklik istisna deyil. Təşəbbüskar olun.
Ailə üzvləri ilə münasibətlərdə səmimiyyət nümayiş etdirin.

Oğlaq - fəal olun, başladığınız işləri başa vurmağa çalışın. Bu gün görəcəyiniz işlər gələcəkdə sizin üçün mühüm məsələnin bünövrəsi sayıla bilər.

İstirahət və əyləncə üçün yaxşı gündür.
Özünüz və ailəniz üçün zəngin istirahət proqramı hazırlayın.

Həyatınıza yeni tanışlıq, əlaqələr və faydalı informasiyalar daxil edin.

Ev işləri və məişət qayğıları üçün vaxt tapın. Evi nizama və qaydaya salın, bayramlara hazırlaşın.
Alış-veriş zamanı hədiyyələr almaq, evin ehtiyatlarını artırmaq olar.

Dolça - rutin işləri təxirə salın, sizi indi ən çox maraqlandıran və ya həlli vacib işi seçin.
İnformasiya axını, iş yerində diskussiya gözlənilir. Çoxlu danışmalı, yer dəyişməli olacaqsınız.
Şübhələri unudun, yaxın ətrafınızdakı təlaşa və narahatlığa fikir verməyin. Sizin üçün önəmli məsələlərin həllinə can atın.

Gün gəzinti və səfərlər üçün sərfəlidir.
İstənilən formada fiziki aktivlik məsləhətdir.

Lakin özünüzü ifrat dərəcədə yormayın. Əks təqdirdə minimum başağrısı ilə üzləşəcəksiniz.

Balıqlar - problemlərdən və görüləsi işlərdən qurtula bilməyəcəksiniz. Ona görə də fəal, mütəhərrik olun.

Günün ilk yarısı əhvalınız əla ola bilər. Fəqət, bunun üçün hadisələrin mərkəzində yer almaq gərəkdir.

Maliyyə problemlərinin həlli və faydalı əlaqələrin yaradılması üçün yaxşı imkanlar yaranacaq.

Bayramlardan əvvəl evdəki işləri qaydaya salimaq üçün yaxşı vaxtdır.
Alış-verişdə simiclik etməyin.

Ailə üzvlərini sevindirin.

Milli.Az