25-26 dekabrda Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fasilələr Bakı şəhəri Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsində 24 saat fasiləsiz içməli su təchizatını təmin etmək məqsədi ilə "+110 Şərq" su anbarında 1400 mm diametrli kollektorun paylayıcı şəbəkəyə qoşulması işləri ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Trend