"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Roma və Roma-Bakı aviareysləri tam dolmama səbəbindən ləğv edilib. Bu barədə çərşənbə axşamı aviaşirkətdən bildirilib.
Bakı-Roma marşrutu üzrə təyyarə yerli vaxtla saat 07:55-də yola salınmalı və paytaxta saat 18:15-də qayıtmalı idi. Dünən London, Frankfurt və Vyanadan Bakıya aviareyslər ləğv edilmişdi.
"Biz digər daşıyıcıların aviareyslərinin hansı səbəblərdən ləğv edilməsi barədə danışa bilmərik. Lakin Bakı-Roma reysi tam dolmadığına görə təxirə salınıb", - aviaşirkətdən qeyd ediblər.
trend.az