Yanvarın 18-də “YARAT” ədəbiyyat klubu çərçivəsində yazıçı Gülşən Tofiqqızının quruluşunda “Təbiəti birlikdə qoruyaq” adlı uşaq tamaşası təqdim olunacaq.
Tamaşa “Günəş” uşaq inkişaf mərkəzinin şagirdləri tərəfindən səhnələşdirilib. Tamaşa oyun formasındadır və uşaqları “Tullantılarla necə mübarizə aparmaq olar”, “Yer kürəmizi necə qoruya bilərik” və digər bu kimi problemlərin həllini tapmağa çağırır. Səhnə əsərinin məğzi budur ki, problemləri yalnız birgə səylər nəticəsində həll etmək olar.
Tamaşadan sonra yazıçı Gülşən Tofiqqızı ilə diskussiya təşkil ediləcək. Uşaqlar, həmçinin “Cəsur təyyarə” əsəri əsasında çəkilmiş cizgi filminə baxacaqlar.
azertag.az