Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin Ərdəbil şəhərində ilk solo konserti keçirilib.
Konsertdə tarzəni tanınmış pianoçu Eta Etminan və zərb ifaçısı Əmir Əli Nəbi müşayiət ediblər. Tarzənin ifasında həm Azərbaycan klassik, həm də müasir bəstəkarların əsərlərindən nümunələr təqdim olunub. Bununla yanaşı, proqramda Azərbaycan klassik muğamları, xalq mahnıları və Qərb bəstəkarlarının əsərləri də yer alıb.
Anşlaqla keçən konsert proqramı bir daha dinləyicilərin Azərbaycan milli musiqisi və tar ifaçılığına olan sevgisini göstərib.
azertag.az