Bakının ən gözəl xanımı tanınmış rokçunun klipinə çəkildi - Video
25.12.2012

Tanınmış rok musiqiçisi Milan Məmmədov öz rəsmi YouTube kanalında yeni video təqdim edib. Klip “Aparım səni uzaqlara” mahnısına çəkilib.

Mahnının müəllifi Milan özüdür, sözləri isə tanınmış reper Urana məxsusdur.

Milan “Mənim yarım” və “İnsanlığını itirmə” adlı əvvəlki kliplərinin ərsəyə gəlməsində iştirak edən dostlarını - operator Şahin Mürşüdlü və montajçı Vadim Rainmakeri bu dəfə də ətrafına toplayıb. Milanın klipində tanınmış model, “Miss Bakı – 2012” qalibi Tamilla Həmidova çəkilib.

Milan öz yeni əsəri haqqında bir qədər qəmli danışıb: “Bu klip mənə çətin başa gəldi, həm maliyyə cəhətdən, həm də texniki baxımdan. Biz sadə klip çəkməyə çalışdıq. Mənim üçün nəsə bir yenilik etmək çox çətin və mürəkkəb prosesdir”, - deyə Milan bildirib.
Video

Gün.Az