Azərbaycanda növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb
18.1.2018

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, yanvarın 19-da hava şəraiti sabit keçəcək: "Gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 19-u axşam və 20-də bəzi yerlədə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir. Şaxta, soyuq davam edəcək".

report.az