Tibb sahəsində Nobel mükafat laureatı, ingilis alim Con Qardon 50 ildən sonra klon insanın yaradılmasının mümkün olacağını bəyan edib. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verilir.
Xatırladaq ki, ötən əsrin 50-60-cı illərində qurbağanın klonlaşdırılması üzrə təcrübələr aparan Qardon 1996-cı ildə Dolli adlı ilk klon qoyun yaratmışdı.
BBC radiosuna müsahibə verən Qardon uzaqgörənliklə qarşıdakı yarım əsr ərzində insanın klonlaşdırılmasının mümkün olacağını qeyd edib. Qardon insan klonundan əvvəl bir çox yeni klonlaşdırma metodlarınınin inkişaf etdirilməsinin vacibliyini bildirib, çünki bu günə qədər klon heyvanların bir çoxu formasını dəyişib.
Qeyd edək ki, klon insanın yaradılması daha əvvəllər də gündəmə gəlmiş və geniş müzakirələrə yol açmışdı. Elm adamlarının bu məsələyə münasibəti heç də birmənalı deyil. Belə ki, onlar bunun etik normalara zidd olduğunu qətiyyətlə ifadə edirlər.
trend.az