Azərbaycan avtomobil şinləri istehsalına başlaya bilər
18.1.2018

Azərbaycanda avtomobil şinlərini istehsalını təşkil etmək lazımdır.

Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, hazırda Azərbaycanda şin istehsalı zavodu mövcuddur, amma bu müəssisə keçmiş SSRİ dağılandan fəaliyyət göstərmir.

Əmlak Ekspert Mərkəzinin direktoru vurğulayıb: “Azərbaycanda bu cür istehsalatın yaradılmasında zərurət var, çünki şinlər avtomobilin vacib hissəsidir və avtomobilin qiymətinin formalaşmasında müəyyən rol oynayır”.

Ekspert əlavə edib ki, istifadə olunmuş şinlərin idxalına rüsumun artırılması daxili istehsalın həvəsləndirilməsi üçün həyata keçirilib: “Bu qərar daxili istehsalın dəstəklənməsində vacib rol oynayır, amma ilk növbədə daxili istehsalı yaratmaq və inkişaf etdirmək lazımdır. Yalnız istehsalat təşkil olunduqdan sonra tariflərin artırılmaısndan danışmaq olar”.

trend