Bayıl-20-ci yaşayış sahəsində köhnə binaların yerində yenilərinin inşası ilə bağlı 8 layihə təsdiq olunub.
Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsindən verilən məlumata görə, Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında qeyd olunub ki, 51 min nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il sakinlərin müraciətləri nəzərə alınaraq kəskin qəzalı vəziyyətdə olan I Buxta döngəsi, 39 ünvanındakı binada yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunub.
Bildirilib ki, Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 8 müasir layihə təsdiq olunub və artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda tikinti işləri davam edir.
Ərazidə qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərin aparılmasına son qoyulması, onlara rəvac verənlərin ifşa olunması məqsədilə RİH-in hüquq-mühafızə orqanları ilə apardığı birgə qəti tədbirlər nəticəsində aparılan qanunsuz tikinti halları demək olar ki, tam şəkildə dayandırılıb, əraziyə nəzarət gücləndirilib, torpaq alveri və qanunsuz tikintilərə rəvac verənlərlə baglı sənədlər RİH tərəfindən Bakı Şəhər Prokurorluğuna göndərilib.
trend