Paytaxt məktəbliləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, müsabiqənin nəticələrinə əsasən, 20 nömrəli məktəb-liseyin şagirdi birinci, 87 nömrəli tam orta məktəbin şagirdi ikinci yerə layiq görülüb. Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi isə üçüncü yeri tutub.
Qaliblərə diplom və hədiyyələr verilib.
Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənmələrinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin şagirdlərin yazı bacarıqlarını artırmaqdır.
report.az