İspaniyanın paytaxtı Madriddə 38-ci dəfə keçirilən ənənəvi “Fitur-2018” beynəlxalq turizm sərgisi öz işinə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yanvarın 17-dən 21-dək davam edəcək, 165 ölkədən, 10 mindən artıq şirkətin qatıldığı sərgidə Azərbaycan da iştirak edir.
Ölkəmizi bu sərgidə nazirliyin nümayəndə heyəti ilə bərabər 9 turizm şirkəti də təmsil edir. Onlar qurulan stendlər vasitəsilə sərgiyə gələn ziyarətçiləri Azərbaycanın turizm potensialı ilə tanış edir, müxtəlif ölkələrdən gəlmiş şirkət nümayəndələri ilə işgüzar görüşlər keçirirlər.
trend