Azərbaycanlı ekstrasens Avropanın ən üstün naturopatı seçildi
26.12.2012

Rusiyada yaşayan və xəstəxanaalrın birində çalışan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayevə fəxri ad verilib. Bu barədə ekstrasensin özü məlumat verib.

“Mən Avropanın Beynəlxalq Dövlət Universitetinin psixologiya doktoru adına layiq görülmüşəm. Bundan əlavə mənə Avropanın ən üstün naturopatı (tibbin aldternativ yolu ilə məşğul olanlar) adı verilib”, - deyə Z.Rzayev bildirib.

Qeyd edək ki, hazırda tanınmış ekstrasens Rusiya xəstəxanalarının birində həm psixoloq kimi fəaliyyət göstərir. Həm də Z.Rzayev xüsusi ağır xəstələrin müalicəsində həkimlərə məsləhətlər verir.

http://anspress.com