Azərbaycan Dövlət Musiqili Teatrı növbəti həftəsonu repertuar planını açıqlayıb. Belə ki, teatrsevərlər sənət ocağında yanvarın 26, 27 və 28-i “Qafqazlı qardaşqızı”, “999-cu gecə”, “Baladadaşın toy hamamı”, “Talelər qovuşanda”, “Meşə çaqqalsız olmaz”, “Düyməcik” tamaşalarını izləyə biləcəklər.
Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova məlumat verib. Onun sözlərinə görə, “Qafqazlı qardaşqızı” və uşaqlar üçün hazırlanan “Düyməcik” tamaşaları rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.
“Nümayiş olunacaq səhnə əsərlərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Çingiz Əhmədov, Boris Qrafkin, Svetlana Bulax, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Marina Litvinenko, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Nadejda Povelisina,Səmədzadə Xasıyev, Aydan Həsənova, Nicat Əli, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Elxan İsmayılov, Fərid Rzayev, Nigar Qarayeva, teatrın 10 yaşlı aktyoru Tamerlan Əhmədov və başqaları çıxış edəcək.
Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını xoş və səmərəli keçirmək arzusunda olan hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
azertag.az