“Baku Fashion Club” dəbsevərlər üçün növbəti təqdimat keçirəcək
19.1.2018

Yanvarın 22-də “Excelsior Hotel & Spa Baku”nun dəstəyi ilə Azərbaycanın moda sahəsinin professionalları və həvəskarlarını bir araya gətirən “Baku Fashion Club”un növbəti tədbiri keçiriləcək.

“Baku Fashion Club”dan bildirilib ki, "Dizayner kolleksiyalarının uğurlu satışının sirri” mövzusunda keçiriləcək tədbirdə “First Fashion Lab” şirkətinin həmtəsisçisi və kreativ direktoru, “L'ethnicAz” brendinin yaradıcısı, geyim üzrə rəssam-dizayner Səbinə Hüseyn, “DABZ accessories collection“ brendinin yaradıcısı və dizayneri Elnara Birbuet və Azərbaycan dizaynerlərini dəstəkləyən LuxOut.net online mağaza və platformasının yaradıcısı Səbinə Mirzəyevə-Atayeva çıxış edəcək və öz təcrübələrini bölüşəcəklər.

Azərbaycanın moda sahəsinin nümayəndələri arasında geyim və aksesuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və başqaları olacaqlar. Tədbirdə, həmçinin ekspertlər, moda sahəsinin nümayəndələri, jurnalistlər və tələbələr iştirak edəcəklər.

azertag.az