Günün qoroskopu
26.12.2012

Qoç - səhhət və ünsiyyət üçün ağır gündür. Günlərdən bəri yığılan yorğunluqla gərginlik vulkan kimi patlaya bilər. Sürətlə başlayıb böyüyən münaqişə, dava, ehtiyatsızlıq ucbatından zədə, yolda qəza istisna deyil.

Fiziki aktivlik, sadə, amma ağır iş, idmanla məşğul olmaq, gəzinti xeyirlidir.
Axşam saatlarında əhvalnız dəyişə bilər.

Ehtiraslar səngiyəcək, emosiyalar məcrasına düşəcək.
Sosial şəbəkələrdə, televizor qarşısında vaxt keçirə bilərsiniz.

Xərclər, alış-veriş ilə bağlı ailə məsləhətləşməsi üçün də əlverişli vaxtdır.

Buğa - ciddi və genişmiqyaslı işə, tələblərə, tapşırıqlara, başa vurulmamış işlər barədə xatırlatmalara hazır olun. Mübahisə etməyin, ətrafda hamı işləyəndə tənbəllyiə baş vurmayın. İnadkarlıq, dil tapmamaq qətiyyəti, ciddi təzyiq, panlarınız və qayğılarınıza diqqətsizliyə görə münaqişəyə başlamayın.

Daha yaxşı olardı ki, istədiyiniz məşğuliyyəti tapıb onunla məşğul olun və ətrafdakılara da iş gördüyünüzü göstərin.

Axşam saatlarında ehtiraslar səngiyəcək.
Səmimi, sakit olun. Ailə üzvləri ilə mehriban davranın.

Əkizlər - səhər saatlarında fəal olun, aktiv çalışın, ailə üzvləri və yaxınlarınızın xahişlərini yerinə yetirin. Gün ərzində gərginlik artacaq.

Qəfil istək və həll arzularınızı nəzarətdə saxlayın. Hər hansı mühüm qərardan əvvəl bir qədər düşünün, gözləyin. Çox yəqin ki, ilk impulsdan sonra fikrinizi dəyişəsiniz.
Axşam saatları daha əlverişli vaxtdır.

Qonaq getmək, gəzintiyə çıxmaq olar
Görüşlər xoş, həm də faydalı olacaq. Yenilik və dəyişikliklərdən qorxmayan gənclər üçün qəfil təkliflər ola bilər. Həmin təkliflər bundan sonrakı fəaliyyət sahəsini müəyyənləşdirə bilər.

Yaşanan hadisələrdə gələcək olayların ilkin nişanələri var: onları sezməyə cəhd göstərin.

Xərçəng - bu gün çalışdığınız insanlarla yanaşı, şəraitin təzyiqini hiss edəcəksiniz. Hadisələr sürətli ritmdə inkişaf edir.

Diqqətiniz və nəzarətdən yayınan mövzuya ifrat emosiyalar xərcləməyin. İşdə çalışqan, inadkar olun.

Danışıqlar aparmağa ehtiyac yaranarsa, bacarıqlarınızdan tam istifadə edin.
Həyat arealınızda qayda-qanun yaradın, işlənmiş əşya və münasibətlərdən qurtulun.
Yeni planların reallaşdırılması üçün intizamlı, mütəhərrik olun.

Şir - bu gün vaxtınızı və emosiyalarınızı alacaq hadisələr çox olacaq. Gəzintiləri və səfərləri təxirə salın. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss olunacaq.
Karmik düyünlər peyda ola bilər. İndiyədək önəmli saydığınız təmaslarla əlaqələrə yenidən baxmağa vadar edən məqamlar peyda olacaq.

Problem yaranacaq, amma kimin qərar verəcəyi bəlli olmayacaq. Ətrafınızdakı insanların sizinlə bağlı gözləntiləri yüksəkdir. İş yoldaşları, dostlar və tanışların sözlərinizə olan reaksiyalarını diqqətlə izləyin.

Neqativdən uzaq olun, impulsiv addımlar atmayın.
Yeni mövzunun gündəmə gəlişi, yeni mövzu və ya tədqiqatlara maraq istisna deyil.
İşgüzar, zəhmətkeş olun.

Qız - yaşananlara diqqətsiz olmayın. Bu gün əsas məqsədiniz stabilliyi qorumaq olmalıdır. Hadisələr, əhval-ruhiyyə, hərəkətlər - hər şeyin əhəmiyyəti var. Münasibətlərə aydınlıq gətirməyə çalışaraq tələssəniz, münaqişə, yaxın münasibətlərin pozulması, əlaqələrin qırılması istisna deyil.

Çox çalışmayın, yalnız vacib işlərlə məşğul olun.
İdmanla məşğul olmaq, məşq etmək üçün əlverişli gündür.

İstənilən fiziki aktivlik faydalıdır. Amma yorulub əldən düşənədək çalışmayın.
Gərəksiz əşyalardan qurtulmağın vaxtı çatmayıbmı? Eyni sözü gərəksiz insanlar barədə də demək olar.

Tərəzi - ətrafınızda baş verən hadisələri diqqət və sayıqlıqla müşahidə edin.
Görüşdən imtina etməyin. Faydalı məlumatı istənilən mənbədən əldə edə bilərsiniz.

Baş verənlərin əksəriyyəti planlarınızla ziddiyyət təşkil edir, sizi qıcıqlandırır, müqavimət istəyi yaradır.
Gərginlik münaqişə və ya mübahisə ilə nəticələnə bilər.

İş yoldaşlarınız və tərəfdaşlarınız, şərikiniz inad edir, dialoq və əməkdaşlığa hazır olmadıqlarını göstərirlər. Onlar anlaşmaları ən müxtəlif səbəblərə görə poza bilərlər.
Həmin səbəbləri uyğunsuz və əsassız, uydurma hesab edəcəksiniz.

Tələblərdən əl çəkərək işlərlə məşğul olsanız, axşam saatlarına yaxın əhvalınız düzələ bilər.
Axşam saatlarında dostlarla görüşün, yaxşıca əylənin.

Əqrəb - son günlərdəki stresslər və gərgin durumlar biliklərinizin artırılması, ətrafınızdakı insanlara çox inanmağınızın gərəkdiyinə dəlalət edir. Yeni işlə məşğul olun.

Ətrafdakı insanlarla münasibətlərdə sürprizlər, eyni zamanda stresslər olacaq.
İndi dostlar, iş yoldaşlarınız, həmkarlanız sizi istismar edir.
Az müddətə "yoxa çıxmaq" faydalıdır.

Baş verənlərə sakit reaksiya verin. İllah da ki, bu gün baş verənlərlə bağlı sabah fikrinizi dəyişəcəksiniz.
Səhhətinizə diqqət yetirməyi unutmayın.

Çox çalışmaq və ifrat emosionallıq travmatizmin yüksək səviyyəsinə səbəb ola bilər.

Oxatan - gün istirahətdən daha çox iş üçün sərfəli və əlverişlidir. Planlaşdırdığınız işlə məşğul olun. Kimsəyə imkan verməyin ki, sizi işinizdən ayırsın, fikrinizi dağıtsın.

Valideynləriniz və sizin yardımınıza ehtiyacı olan insanlar istisnadır.
Bugünkü planlarınızın qarşısında maneələr və maliyyə problemləri yarana bilər.
Ləngimə, gördüyünüz işə görə layiqli mükafatlandırılmanın olmaması mümkündür.

Lakin narahat olmayın - bir sahədə olmasa da, başqa sahədə sizi irəliləyiş gözləyir.

Oğlaq - gərgin gün olacaq və hadisələr də əsla gözlənilməyən məcrada inkişaf edə bilər. Yığılıb qalan emosiyalar etiraflar formatında izhar etməsin. Gərəkli anda daxili müdafiə sistemlərini işə salın. Hirslənərək əlinizin altında olan əşyanı sındırmayın.

Reaksiyanız problem qədər deyil.
Vaxtında sakitləşməyi, enerjinizi daha yaxşı yararlana biləcəyiniz sahəyə yönəltməyi bacarın.

Axşam saatlarında çox qısa müddət ərzində günün fikir ayrılıqlarını çözərək yoluna qoymaq və daha sakit işlərlə məşğul olmaq mümkündür.

Dolça - bu gün işlər çox olacaq. Çoxlu xəbər, zəng, danışıqlar, istək və tələblər olacaq. Fəallıq, təşəbbüs və çeviklik tələb olunan gündür.

Çoxdan bəri aradığınız, can atdığınız həllə bu gün nail ola bilərsiniz. Yeni işlərə başlamaq üçün uğursuz gündür.

Məlumat toplayın, sonrakı planlarınızı təhlil edin, amma hadisələri tələsdirməyin.
Sənədləşdirmələrdə ehtiyatlı və diqqətli olun.
Axşam saatlarında sevdiyiniz işlərlə məşğul ola bilərsiniz.

Borclar, vədlər, öhdəliklərdən qurtulmağa çalışın. Tərəfdaş, şərik və ya iş yoldaşları ilə yaxın günlərə olan planları müzakirə edin. Şəxsi münasibətlərdə olanları izafi dəyərləndirməyin.
Artıq boyun qaçıra bilməyəcəyiniz situasiya ilə qarşılaşacaqsınız.

Balıqlar - hadisələr sürətlənəcək. Tənbəl olmayın. Gərginlikdən başınız ağrıya bilər, amma fəallığı azaltmayın. Yeni işlərə hazır olun, çünki elə həmin işlər artacaq.

Bu gün görüləsi işləri təxirə salmayın: bacardığınız işlərin hamısını görün.
Hiss ediləcək sonucların əldə olunması xüsusilə aktualdır. Evdəki işlər barədə də bunu demək olar.

Tez və sürətli nəticəyə nail olmaq üçün ağır fiziki işi də görmək olar. Münasibət və ünsiyyətlərdə mübahisələrə varmayın.
Emosiyalar mühüm nəsnə olsa da, onlardan izafi yararlanmayın.

Milli.Az