Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22.1.2018

Portuqaliyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Söhbət zamanı muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb.

Nazir Əbülfəs Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib. Görüşdən sonra nazir Əbülfəs Qarayev Lissabonun Milli Azulejo Muzeyi ilə tanış olub və Azərbaycan muzeylərinin bu muzeylə birgə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Sonda nazir Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

azertag.az