Yanvarın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, “Şərəf” ordenli akademik Teymur Bünyadovun anadan olmasının 90 illiyi münasibətilə "Teymur Bünyadov-90" adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə akademikin Azərbaycan və rus dillərində çap olunan əsərləri, elmi redaktoru olduğu, “Ön söz” yazdığı, rəy verdiyi kitablar, alim haqqında yazılmış əsərlər və dövri mətbuat materialları yer alıb.
azertag.az