İran və Azərbaycan Rəşt-Astara dəmir yolunu birgə maliyyələşdirəcək
22.1.2018

İran və Azərbaycan Rəşt-Astara yolunu birgə maliyyələşdirəcək. Bunu İranın yollar nazirinin müavini Əsgər Kaşan deyib.

Onun sözlərinə görə, hər iki ölkə yolun inşası üçün zəruri investisiyaların 50 faizini təqdim edəcək: "Azərbaycan layihəyə 500 milyon dollar verəcək".

Qeyd edək ki, Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

trend.az