Ötən gecə ABŞ-ın cənub ştatlarında 15-dən çox tornado baş verib. Rusiya mətbuatına istinadən xəbər verilir ki, hadisə nəticəsində bir neçə ev xəsarət görüb və bayram günü on minlərlə amerikalı işıqsız qalıb.
Meksika körfəzinin bütün sahillərini Texasdan Alabamaya qədər qasırğalar bürüyüb. Güclü yağış və qar yağıb. Hava şəraiti ilə əlaqədar 180-dən çox daxili hava reysi ləğv edilib.
Ən güclü tornado Alabamanın Mobil şəhərində qeydə alınıb. Alabamada 23,5 min ev işıqsız qalıb.
Arkanzas ştatında ağacların aşması nəticəsində bir küçədə mühüm elektrik ötürücü xətləri sıradan çıxıb və 50 min nəfəri işıqsız qoyub.
Texasda isə aşan ağac bir gəncin ölümünə səbəb olub.
ABŞ-ın milli meteoroloji xidmətinin məlumatına görə, pis hava şəraiti bu gün də davam edəcək.
Milli.Az