Tanınmış modelyer yeni kolleksiyasını təqdim edib
23.1.2018

Tanınmış modelyer Fikrət Əliyev Bakıda yeni geyim kolleksiyasını təqdim edib.

Dəfilədə modelyerin 20-dək yeni işi nümayiş olunub.

O, “Payız-Qış” yeni kolleksiyası haqqında bildirib ki, dünya modelyerləri yeni payız-qış və yaz kolleksiyalarını təqdim edirlər: “Yeni geyim modellərimi fərqli üsulda nümayiş etdirmək istədim. Kolleksiyada daha çox rəngli parçalara üstünlük verilib”.

Tədbir tanınmış sənətçilərin konsert proqramı ilə davam edib.

azertag.az