Milli bəstəkarlıq məktəbimizin 110 illiyi qeyd ediləcək
23.1.2018

Yanvarın 25-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycanda bəstəkarlıq-110” adlı tədbir keçiriləcək. Muzeyin təşkilatçılığı ilə reallaşacaq tədbirdə ölkəmizdə fəaliyyət göstərən aparıcı sənət ocaqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

Bu barədə muzeyin şöbə müdiri Xanım Abdinova məlumat verib. O deyib ki, “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasından 110 il ötür. Bu məqsədlə tədbirdə bəstəkarlıq məktəbinin keçdiyi yola nəzər salınacaq, Azərbaycan teatr sənətinin incilərindən fraqmentlər nümayiş ediləcək.

Tədbir Opera və Balet və Dövlət Musiqili teatrlarının çıxışları ilə davam edəcək.

azertag.az