Balakəndə “Coca-Cola məktəbli kuboku” turniri başlamışdır
26.12.2012

Dekabrın 26-da Balakən Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol üzrə “Coca-Cola məktəbli kuboku” turnirinin rayon mərhələsi üzrə yarışlar başlamışdır.

Rayon məktəblərinin V və VII sinif şagirdləri arasında təşkil olunmuş futbol turnirində hər sinif üzrə 26 komanda mübarizə aparır.

Turnirin açılış mərasimində AFFA-nın nümayəndəsi Rza Həsənov yarışların uşaq və yeniyetmələr arasında futbolun kütləviliyini daha da artırmaq məqsədi daşıdığını bildirmiş, komandalara uğurlar arzulamışdır.

Hər sinif üzrə qalib komanda turnirin zona mərhələsinə vəsiqə qazanacaqdır.

AzərTAc