Barama-dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi
23.1.2018

Azercell Telekom Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin timsalında startupları inkişaf etdirmək onlara dəstək məqsədilə maarifləndirici təlim sessiyalarını davam etdirir. Bu təlimlərdən biri də "Startuplar üçün uğurlu təqdimat və PR" mövzusunda keçirilib.

Şirkətdən verilən məlumata görə, ötən ilin noyabr ayından start götürən təlim sessiyasında təlimçi isə Almaniya, Böyük Britaniya və Amerikada media və kommunikasiya sahəsində təhsil və təcrübə proqramlarının iştirakçısı Ellada Mustafayeva olub.

İştirakçılar uğurlu təqdimatın hazırlanması, auditoriyanın qiymətləndirilməsi, informasiyanın hazırlanması, idarə olunması və ictimaiyyətə çatdırılması, ictimaiyyətlə əlaqələr üzrə xidmət və mütəxəssislərin funksiyaları, PR-kampaniya və aksiyaların keçirilmə texnologiyası, ictimaiyyətlə əlaqələrdə tədbirlərin formaları, sosial mediada PR, fərdi və korporativ brendinqin formalaşdırılması media əlaqələrinin inkişaf etdirilməsi, sosial mediadan effektiv istifadə kimi mövzularda faydalı və praktik məlumatlar əldə ediblər.

Təlimin sonuncu günündə yekun müzakirələr aparılıb və iştirakçılarına təlim kursunu müvəffəqiyyətlə bitirdiklərinə dair sertifikatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

trend