Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin ədəbi layihəsi - “Söz” ədəbi layihəsinin növbəti tədbiri Bakı Bələdiyyə Teatrının 25 illiyinə həsr ediləcək.
Muzey Mərkəzində təşkil olunacaq tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində tamaşalardan fraqmentlər nümayiş ediləcək, teatrın aparıcı artistlərinin ifasında şeir və mahnılar səsləndiriləcək.
azertag.az