Nabranda “Turizm dostları ilə birgə Team Building” adlı tədbir keçirilib.
Azərbaycan Turizm Assosiasiyasından bildiriblər ki, tədbir çərçivəsində “Turizm və otelçilik” mövzusunda Azərbaycanın aparıcı turizm şirkətlərinə seminar da təşkil edilib.
Seminarın keçirilməsində məqsəd turizm şirkətləri və mehmanxanalar arasında turizmin inkişafına dair əməkdaşlıqların qurulmasına dəstək olmaq və turizm dostları şəbəkəsi yaratmaqla birgə fəaliyyət planları hazırlanmasına nail olmaqdır.
Qeyd edək ki, tədbir zamanı 30-a yaxın turizm şirkətinin rəhbər şəxslərinə və əməkdaşlarına müxtəlif komanda quruculuğu istiqamətində oyunlar, əyləncəli proqramlar təşkil edilib.
azertag.az