Türkiyədə Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyinin təməlqoyma mərasimi olub
26.10.2011

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan İzmirdə videobağlantı vasitəsilə Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyinin təməlqoyma mərasiminə qoşulublar.
2012-2013-cü tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan məktəbdə 24 sinif otağı, 10 mənzilli yaşayış korpusu və idman salonu 720 şagirdə xidmət göstərəcək.
Izmirli deputat Aydın Şəngül məlumat verib ki, Xəzər və Egey dənizləri arasında təhsil körpüsü funksiyasını daşıyacaq bu bilik ocağı Ceyhan və Qarsdan sonra “Bir millət, iki dövlət” idealının Egey bölgəsinin təhsil sahəsində də rəmzi olacaq.