İndiyədək sahibkarlara 236 investisiya təşviqi sənədi verilib
25.1.2018

İndiyədək sahibkarlara investisiya dəyəri 2 milyard manatdan çox olan layihələr üzrə 236 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1162 təsdiqedici sənəd verilib.

Bu barədə İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Şahin Mustafayev məlumat verib.

Ş.Mustafayev bildirib ki, səkkiz iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 0,4 faizi Bakı şəhərinin, 38,1 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 61,5 faizi isə digər şəhər və rayonların payına düşür. Layihələrin 38,1 faizi kənd təsərrüfatı, 61,9 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 16 minə yaxın yeni iş yerinin açılacağı gözlənilir.

azertag.az