Xalq Artisti Fərhad Bədəlbəylinin 65 illik yubileyinə həsr olunmuş konsert təqdim edilmişdir
27.12.2012

Dekabrın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRİ Xalq Artisti, Azərbaycanın Dövlət mükafatı laureatı, bəstəkar Fərhad Bədəlbəylinin 65 illik yubileyinə həsr olunmuş konsert təqdim edilmişdir.
Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış etmişdir.
Orkestrin dirijorları Azad Əliyev və Dmitri Yablonskidir (Rusiya-ABŞ).
Yubiley gecəsində Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov, Fərhad Bədəlbəylinin özünün, eləcə də dünya klassiklərindən Françesko Çilea, Cakomo Puççini və Sergey Raxmaninovun əsərləri səsləndirilmişdir.
Gecədə Fərhad Bədəlbəyli royal arxasında əyləşərək özünün və xarici bəstəkarların əsərlərini ifa etmişdir.
Konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanmışdır.
image/jpeg iconfarhad-badalbayli-konsert.jpg
26.12.2012 [20:27] - Xalq Artisti Fərhad Bədəlbəylinin 65 illik yubileyinə həsr olunmuş konsert təqdim edilmişdir

© AzərTAc-a