“Bu günə qədər turizm müəssisələri və mədəniyyət ocaqları bir-biri ilə sıx əməkdaşlığı formalaşdıra bilməyiblər. Bu məni çox təəssüfləndirir”.
Bu fikirləri Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir turizm şirkətlərinə, mədəniyyət ocaqlarına iradını bildirib: “Hansı muzeyin turizm şirkətləri ilə müqaviləsi var ki, turizm müəssisələri də bunu proqrama salsınlar? Əgər qoruqlar, muzeylər bu proqrama daxil olsalar, turistlər o muzeylərə gələrlər. Amma bu mexanizm hələ də tətbiq olunmur. Gələn ildən turistlərə vizalar elektron formada veriləcək. Bu hansı formada ediləcək? Bu, yalnız turizm şirkətinin vasitəçiliyi ilə bu mümkün olacaq. Yaxşı, bəs turizm şirkətləri bu məqamda hansı proqramlar təqdim edəcəklər? Bunların hamısı vahid bir sistemə bağlanmalı və bu yöndə işlər görülməlidir”.
APA