Şuşa Dövlət Musiqili və İrəvan Dövlət Dram teatrları təmir olunacaq
27.12.2012

Dövlət proqramına uyğun olaraq Şuşa Dövlət Musiqili və İrəvan Dövlət Dram teatrlarının binalarının təmir olunması gözlənilir.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirilən Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, bu istiqamətdə müvafiq işlər görülür: “Bilirsiniz ki, ölkədə olan teatrların əksəriyyəti artıq yenidən bərpa olunub, növbəti ildə daha iki teatrın təmirinin başa çatdırılması gözlənilir. Teatrların təmiri 2018-ci ilin sonunadək davam etdiriləcək”.

APA