Britaniyalı aktrisa Keyt Uinslet üçüncü dəfə ailə həyatı qurub.
"The Sun" qəzetinə istinadən xəbər verilir ki, onun budəfəki seçimi nüfuzlu biznesmen Riçard Brensonun yaxın qohumu Ned Roknroll olub. Sevgililər toylarını gizlin şəkildə, yalnız yaxınlarının iştirakı ilə Nyu-Yorkda keçiriblər.
Toya oğlan tərəfdən 6, qız tərəfdən 6 nəfər dəvət olunub. Bundan başqa, Keytin əvvəlki nikahından dünyaya gəlmiş uşaqları - qızı Mia və oğlu Con da iştirak ediblər. Keyti mehraba tərəf onun yaxın dostu Leonardo Di Kaprio müşayiət edib.
Qeyd edək ki, Keytin birinci həyat yoldaşı rejissor Cim Triplon olub. Onlar 1998-ci ildə evləniblər, lakin üç ildən sonra ayrılıblar. 2003-cü ildə isə aktrisa başqa bir rejissor Sem Mendesə ərə gedib. Bu nikah 2010-cu ilə qədər davam edib.
Ned Roknroll ilə Keyt 2011-ci ildən görüşməyə başlayıblar.
Milli.Az