Azərbaycanlı rejissor beynəlxalq kinofestivalın münsiflər heyətində
26.1.2018

Azərbaycanlı rejissor Şamil Əliyev beynəlxalq kinofestivala münsiflər heyətinin üzvü kimi dəvət alıb.

Rejissor Noida Beynəlxalq Kinofestivalının 5-ci mövsümündə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.

Festivalda qaliblərin mükafatlandırma mərasimi fevralın 12-də Hindistanın Delhi şəhərində keçiriləcək.

Qeyd edək ki, Şamil Əliyev “Çölçü” filmi ilə 2015-ci ildə 2-ci Noida Beynəlxalq Kinofestivalında iştirak edərək “Ən yaxşı rejissor” adına layiq görülüb.

azertag.az