“Forbes” jurnalı Hollivudun ən çox mənfəət gətirən aktyorlarının siyahısını tərtib edib.
ANN.Az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, siyahının ən yüksək pilləsində Natali Portman gəlib.
Bunun əsas səbəbi Portmanın dünya miqyasında 329 milyon dollardan çox gəlir götürən “Qara Qu quşu” filmində rol oynamasıdır. “Qara qu quşu” Hollivudun indiyə kimi ən çox gəlir əldə edən filmlərindəndir. Portmenə filmdə çəkildiyinə görə verilən hər dollara görə, film 42.70 dollar mənfəət götürüb. .
İkinci yerdə “Alatoran” film seriyalarında baş rolda oynayan Kristen Stüartdır. Şia Labef, Robert Pettinson, “Harri Potter”-i canlandıran aktyor Daniel Redklif də Hollivudun ən uğurlu ulduzları siyahısında yüksək pillərdə yer tutub.
1. Natali Portmen
2. Kristen Stüart
3. Şia Labef
4. Robert Petinson
5. Daniel Redklif
6. Teylor Lotner
7. Bredli Kuper
8. Dveyne Conson
9. Emi Adams
10. Kevin Ceyms