Nyu-Yorkun Kuins rayonunda sahildə nəhəng balina tapılıb. Mütəxəssislər 18 metrlik balinanın yaşama şansının az olduğunu bildiriblər: «Finvallar, yer üzündə mavi balinalardan sonra ən nəhəng məməlidir».
Mütəxəssislər gələnə kimi polislər və yanğınsöndürənlər heyvanı xilas etmək üçün özləri təşəbbüs göstəriblər.
Balinanın sahilə atılmasının səbəbi bilinmir.
Qeyd edək ki, finvallar nəsli kəsilməkdə olan məməlilər sinfinə aiddir. Onlar Yer üzündə canlılar arasında səs temberinə ən aşağı olan heyvandır.
VIDEO
Big.az