“Gyunel Couture” moda evi “Paris Haute Couture” fashion həftəsində
30.1.2018

Londonda fəaliyyət göstərən “Gyunel Couture” moda evi Parisdə “Haute Couture” fashion həftəsində yaz-yay kolleksiyasını təqdim edib.

Vandom meydanında yerləşən Ritz otelində təşkil olunmuş defileyə məşhur markaların nümayəndələri, sənət dünyasında tanınmış şəxslər qoşulub.

Moda həftəsində Azərbaycanlı rəssam və dizayner Günel Rüstəmovanın kolleksiyası xüsusi maraq doğurub. Altıncı dəfədir Paris moda həftəsinə qoşulan Günel Rüstəmova incəsənət, tarix və mədəniyyətimizdən ilhamlanaraq çəkdiyi rəsmlərini sonra moda dizaynına çevirir.

London Moda Kollecinin məzunu olan G.Rüstəmova Avropada tanınmış modelyerlərdən biridir. Onun milli köklərə bağlı kolleksiyaları dünyanın bir çox moda şoularında təqdim edilib.

azertag.az