Subaylığa əlvida deyən müğənni Emil Bədəlov xalq artisti, tarzən Firuz Əliyevin qızı Xanım ilə ailə həyatı qurub. Toy günü öz möhtəşəmliyi ilə şou-biznes kitabına qızıl hərflərlə yazıldı. Toyun əsas özəlliyi estrada müğənniləri ilə xanəndələrin eyni səhnəni bölüşərək müasir musiqi ilə muğamlarımız arasında bağlılığı nümayiş etdirmələri oldu.
Maraqlı məqamlarla yaddaqalan toyda Emil, həmçinin həyat yoldaşına həsr etdiyi mahnını ifa edib onunla sərbəst şəkildə rəqs etdi. Sizə toyda çəkilmiş fotoları və ATV maqazin verilişi tərəfindən hazırlanmış video reportajı təqdim edirik.