"2018-ci ildə dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikilməlidir".
Bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Olimpiya mərkəzlərindən ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "Report"a açıqlamasında bu il Lənkəran və Beyləqan, gələn il isə Goranboy və Tərtər Olimpiya komplekslərinin istifadəyə veriləcəyini bildirib.
Lənkəran Olimpiya Kompleksi yenidən, qalanları isə ilk dəfə tikiləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda 43 Olimpiya Kompleksi fəaliyyətdədir.
report.az