Yanvarın 31-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
ETSN xəbərdarlıq edir ki, yanvarın 31-dən fevralın 1-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcəyi, fevralın 1-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
report.az