"İpək Yolu üzərində yerləşən Azərbaycanın qədim paytaxtı Bakı sürətlə müasirləşir."
Bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşrində dərc edilmiş Azərbaycanla bağlı məqalədə yazılıb.
Məqalədə qeyd olunur ki, Bakının tarixi çox zəngindir. "1900-cü ildə Bakıya ilk dəfə neft gələndə həm də canlanma gəldi. Bulvarlar salındı, teatrlar tikildi. Elə bil bura lap Paris idi. İndi də şəhərdə bum yaşanır. Özü də necə?! İndi Dubay modelidir", - müəllif vurğulayır.
Nəşr yazır ki, Bakı "Flame Towers" - "Alov qüllələri" ilə məşğuldur. "Gecə Bakının qalan bütün hissəsi olduğu kimi, "Flame Towers" də möhtəşəm işıq şousuna çevrilir. Parlayır, rəqs edir", - məqalədə deyilir.
"Dünyanın heç yerində gecə Bakıdakına oxşamır" - müəllif qeyd edir.
Britaniya nəşri Azərbaycanın "Odlar Yurdu" adını daşıdığını xatırlaraq respublikanın Zərdüştlük tarixi və alovla xüsusi bağlılığı, o cümlədən Atəşgah məbədi ilə məşhur olduğunu yazıb. "Daily Mail" Azərbaycanın həmçinin xalçaçılıq və memarlığı ilə məşhur olduğunu, paytaxt Bakının isə tez-tez böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
report.az