Ən böyük avtomobil mərkəzi açılacaq
28.12.2012

İstambul (Türkiyə) şəhərində unikal bir tikinti işi gedir. Burada «Autopia» adlanan avtomərkəz açılacaq.

Artıq ən məşhur 443 avtomobil şirkəti ilə müqavilə bağlanmışdır. Burada 2500-dən çox avtomobil növü olacaq. Ümumi sahəsi 216 min kv.metr nəzərdə tutulmuşdur. Avtosalonlardan əlavə burada 56 ictimai iaşə obyekti, 40-dan çox sığorta şirkəti, 24 bank müəssisəsi və s. olacaq.

Big.az