Azərbaycan ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik gününün ilkin hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 30-dan 31-nə keçən gecə və səhər havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək.
Dekabrın 31-i axşam, 31-dən yanvarın 1-nə keçən gecə və yanvarın 1-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun axşam 1-3 dərəcə isti, gecə 0-2 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Bayram günləri ilə bağlı hər gün yenilənmiş məlumat təqdim olunacaq.
APA