Xətai Sənət Mərkəzində növbəti sərgi Gənclər gününə ithaf ediləcək
31.1.2018

Fevralın 1-də Bakı Xətai Sənət Mərkəzində Gənclər gününə həsr olunmuş rəsm “Gəncliyimiz gələcəyimizdir” adlı sərgi açılacaq.

Sərginin təşkilatçısı gənc rəssam Aygün İsgəndərova bildirib ki, sərgidə incəsənətin bütün janrlarında olan əsərlər nümayiş olunacaq. Layihə rəhbəri Elnurə İsgəndərova olan sərgidə 200-dən çox gənc fırça ustalarının 200-dək sənət əsəri ziyarətçilərin ixtiyarına veriləcək.

Sonda iştirakçılara sertifikat və diplomların verilməsi nəzərdə tutulur.

Sərgi Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Diasporlarla İş üzrə Dövlət Komitəsi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil ediləcək.

azertag.az