Ölkə başçısının “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı müvafiq tapşırığına uyğun olaraq işlər gedir.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu istiqamətdə layihə mövcuddur və onun əsasında işlər görüləcək: “Amma ərazidə yaşayış evlərinin olması bəzi problemlər yaradır. Bu məsələlər həll olunduqdan sonra işlər həyata keçiriləcək. Dövlət bu işlə məşğuldur”.
azertag.az