Azərbaycan Efiopiyada səfirik açacaq
28.12.2012

Azərbaycanın Efiopiyada səfirliyi açılacaq. Milli Məclisin (MM) bu gün keçirilən iclasında bununla bağlı qanun layihəsi müzakirə olunub. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Millət vəkili Fazil Mustafa müzakirələrin gedişində 10 millət vəkilinin Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan parlamentləri arasında dostluq qrupunun yaradılması barədə təklif hazırladığını, bu məsələ ilə bağlı məsləhətləşmək istədiklərini bildirib.

MM sədri Oqtay Əsədov isə deyib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda nümayəndəliyi var, çarter reysləri həyata keçirilir, millət vəkilləri də oraya səfərlər edirlər: “Ancaq siz Azərbaycanın problemlərini də bilirsiniz. Təklifi burada dilə gətirmək artıq məsləhətləşmək demək deyil. Əvvəlcə məsləhətləşib, sonra belə məsələləri Milli Məclisdə danışmaq lazımdır”.

APA