Özbəkistan Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Yol Fondu Azərbaycan şirkətlərini Buxara vilayətində yolların qurulması və təkmilləşdirilməsi işlərində iştirak etməyə dəvət edir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, Dövlət Yol Fondu Quzar-Buxara-Nukus-Beyneu avtomobil yolunun 315-355 kilometrliyində (40 km) yenidənqurma işlərinin aparılmasına dair tender elan edib. Sözügedən avtomobil yolu beton örtüklüdür və 4 zolaqdan ibarətdir.
Tenderdə iştirak etmək istəyənlər gələn il yanvarın 17-dək sənədlərini və tender təkliflərini Dövlət Yol Fonduna təqdim etməlidir. Tender iştirakçısı olan şirkətin minimal illik dövriyyəsi 70 mln. ABŞ dolları təşkil etməlidir və şirkətin xalis kapitalının saldosu müsbət olmalıdır.
Əlaqə telefonu: (+998 71) 239-10-36.
APA