Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalı, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər gününə həsr edilmiş konsert keçirilib.
"Mədəniyyət" kanalının direktoru, Əməkdar Artist Ramil Qasımov ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan bu günün ildən-ilə daha geniş şəkildə qeyd edildiyini söyləyib.
Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi gənclər gününün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd edildiyini bildirib. Ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına gənclərimizin verdiyi töhfələrdən söz açıb.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. İstedadlı gənclərin ictimaiyyətə təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edən konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.
azertag.az