"Kapital Bank"ın MasterCard kart sahibləri yeni lotereyada iştirak edə bilərlər. Şərtlərə görə, ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 20 AZN ödəniş edən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər.
Bu barədə bankdan məlumat verilib.
28 fevral 2018-ci il tarixinədək davam edəcək lotereyada hər gün 10 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq.
Qeyd edək ki, MasterCard kartlarını "Kapital Bank" filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
trend.az